“DSPPA” şirkətinin elan sistemləri Allstar MMC şirkətinin dəstəyi ilə artıq Azərbaycan Respublikasının “Bakı Metropoliteni” -ndə…
Aprel 18, 2018
ALLSTAR, Bakıda Yelo Bankın yeni baş ofisinin açılışında.
Oktyabr 21, 2021

Azərbaycanlı mühəndislər Televiziya və audiovizual texnologiyalar sahəsində göstərdikləri xidmətlərə görə beynəlxalq nüfuzlu mükafata layiq görülmüşlər.

15 sentyabr 2020-ci il tarixində 10-cu “TKT International Awards 2020” jurnalının yubiley mərasimi keçirilmişdir. TKT jurnalı, televiziya texnologiyası sahəsində qazandığı uğurlara görə “TKT Awards” mükafatının təsisçisidir. Mükafat 2011-ci ildə təsis edilmişdir və hər il IBC beynəlxalq sərgisi zamanı Amsterdamda keçirilir. 2017-ci ildə mükafat beynəlxalq nüfuzlu yer alaraq “TKT Awards International” olaraq adlandırılmışdır. Bu il mərasim ilk dəfə olaraq onlayn keçirildi, lakin 2021-ci ildə növbəti təkamül addım atılaraq – üz-üzə və virtual mərasimin birləşdirilməsi planlaşdırılır. Ciddi vəziyyətə baxmayaraq, əvvəlki illərdə olduğu kimi, bütün Avropa və Orta Asiya ölkələrində mükafatlandırma “İlin adamı” və “İlin layihəsi” olaraq 2 nominasiya üzrə keçiriləcək. Azərbaycanda audiovizual texnologiyalar sahəsində sistem inteqratoru olan “ALLSTAR Azərbaycan” Şirkəti, “İlin Layihəsi” nominasiyasının qalibi olmuşdur. Mükafatı TKT Media-nın İcraçı direktoru Aleksey Yarıgin təqdim etmişdir. Layihə “ALLSTAR Azərbaycan” Şirkətinin Grass Valley Şirkətilə birgə əməkdaşlığı olaraq hazırlanmışdır. Mərkəzi ofisi Montrealda olan Grass Valley şirkəti , 60 ildən çoxdur ki, media biznesi ilə məşğul olur və media texnologiya sahəsində ən seçilmiş şirkətlərdən biridir. Layihə GV STRATUS bazasına əsaslanan HD formatlı xəbər sistemi adlanır. Layihə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmişdir. Bu layihə üzrə qoyulmuş bütün tələblər uğurla yerinə yetirilmişdir. “ALLSTAR Azərbaycan” və Grass Valley şirkətlərinin mütəxəssisləri AZTV-də müasir təchizatla inteqrasiya olunmuş multimedia kompleksli avadanlıqlar və proqram təminatı quraşdırmışlar. Həmçinin müxtəlif media daşıyıcılarında (platformalarda) – kağızda, TV-də, radio və İnternetdə kontentin yaradılması, saxlanması, idarə olunması və yayımlanması üçün peşəkar heyyətin yetişdirilməsinə nail olmuşlar.

Телеканал AZTV — «Проект года в Азербайджане»

 

Login

Lost your password?

Cart

Your cart is currently empty.